Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4562,7 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz artıb.
Dövlət Statistika Komitəsindən Visiontv.az-a verilən məlumata görə, neft məhsullarından mazut istehsalı 2,1 dəfə, neft koksunun istehsalı 10,1 faiz, qazoylların (dizel yanacağının) istehsalı 7,2 faiz, ağ neft istehsalı 4,9 faiz, avtomobil benzininin istehsalı isə 2 faiz artıb.
Məlumata görə, hesabat dövründə neft bitumu istehsalı 9,8 faiz, sürtkü yağları istehsalı isə 45,6 faiz azalıb.
Azərbaycanda istehsal olunan neftməhsulları:
|
Məhsul növləri |
2025-ci ilin yanvar-oktyabr aylarında istehsal edilib |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.10.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
|
Avtomobil benzini, min ton |
1 225,2 |
102,0 |
83,7 |
|
Ağ neft, min ton |
582 |
104,9 |
25,5 |
|
Qazoyllar (dizel yanacağı), min ton |
2109,3 |
107,2 |
148,6 |
|
Mazut, min ton |
57,6 |
2,1 d. |
0,6 |
|
Sürtkü yağları, min ton |
30,6 |
54,4 |
1,2 |
|
Maye qazlar, min ton |
190 |
114,3 |
2,6 |
|
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton |
634,7 |
66,9 |
47,9 |
|
ondan: neft bitumu, min ton |
213,7 |
90,2 |
9,1 |
|
neft koksu, min ton |
191,3 |
110,1 |
38,3 |