Azərbaycan XİN Pakistana başsağlığı verib
03.08.2026

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanın Bəlucistan əyalətində baş vermiş və çoxsaylı insanın həyatına son qoyan kömür mədənində qəza ilə əlaqədar başsağlığı verib.

Bu barədə nazirliyin “X” səhifəsində faciə nəticəsində həlak olanların ailələrinə, eləcə də Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı ifadə olunub.

"Pakistanda, Bəlucistanda çoxsaylı insanın həyatına son qoyan və yaralananların olduğu kömür mədəni qəzası xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə, qardaş Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananlara tezliklə şəfa diləyir, hadisədən zərər çəkən hər kəsin ən qısa zamanda təhlükəsizliyə qovuşmasını arzulayırıq", – paylaşımda qeyd olunub.

Qeyd edək ki, Pakistanda kömür mədəni çöküb.

visiontv.az