Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
13.01.2026

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, görüş barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb

Bildirilib ki, görüş zamanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində Rusiya-Azərbaycan əməkdaşlığı məsələləri müzakirə olunub.