“ Azərbaycan İranın xarici siyasətində mühüm yer tutur”
12.02.2026

Dünən İranın Naxçıvandakı Baş konsulu Əziz Mənsuri İslam İnqilabının 47-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edərək, Azərbaycanın İranın xarici siyasətində önəmli yer tutduğunu bildirib.

O, qeyd edib ki, rəsmi Tehran qonşuluq siyasətinə prioritet verir və bu çərçivədə Azərbaycanla əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Diplomat iki ölkə arasında nəqliyyat və tranzit əməkdaşlığının artdığını bildirib. Onun sözlərinə görə, Ağbənd körpüsünün açılması, Ağbənd–Culfa avtomobil yolunun genişləndirilməsi və Culfa–Sədərək–İrəvan dəmir yolu layihələri bölgədə əlaqələrin möhkəmlənməsinə və tranzitin asanlaşmasına xidmət edir.

Mənsuri qeyd edib ki, hazırda Naxçıvan üzərindən hər il 60 min İran yük maşını, Bakı–Naxçıvan marşrutu üzrə isə 18 min Azərbaycanın yük maşını və 3.500 sərnişin avtobusu hərəkət edir.

visiontv.az