İran prezidenti Məsud Pezeşkian ABŞ ilə danışıqların başlanması üçün Vaşinqtonun İrana qarşı sanksiyaları ləğv etməli, təzyiq və təhdidlərə son qoymalı olduğunu bildirib.
Pezeşkian bu barədə Pakistan Ordusunun Baş Qərargah rəisi, feldmarşal Asim Munirlə görüşü zamanı danışıb. O, İran xalqının ABŞ-yə etimad göstərmədiyini və danışıqların başlanacağı təqdirdə Vaşinqtonun yenidən İrana hücum edə biləcəyindən narahatlıq duyduğunu qeyd edib.
İran prezidenti, eləcə də ABŞ-ni ölkədəki vəziyyəti qeyri-sabitləşdirmək məqsədilə informasiya müharibəsi aparmaqda ittiham edib. Onun sözlərinə görə, İran heç bir dövlətə hücum etmir, lakin hərbi təcavüz qarşısında da geri çəkilməyəcək.
Dövlət başçısı müharibənin nə İranın, nə bölgənin, nə dünyanın, nə də ABŞ-nin maraqlarına uyğun olduğunu vurğulayıb.
visiontv.az
Kreml: Ukrayna üzrə üçtərəfli danışıqların noyabrda Əbu-Dabidə keçirilməsi planlaşdırılır