Azərbaycan bankları pandemiya güzəştlərinə niyə getmir? - ŞƏRH
09.07.2020

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış iqtisadi böhran davam etdikcə Azərbaycan dövləti və hökuməti əhalinin sağlamlığının qayğısına qalmaq, ölkə iqtisadiyyatını aşağı neft qiymətlərinin təsirindən qorumaq, makroiqtisadi sabitliyi təmin etmək üçün daha çox güc sərf etməli, daha geniş "əl-qol açmalı" olur.

Visiontv.az xəbər verir ki, bu da səbəbsiz deyil. Çünki pandemiyadan təsirlənən iqtisadi sahələrin əhatə dairəsi getdikcə genişlənir və Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovun qeyd etdiyi kimi, dövlətdən dəstək və yardım istəyənlərin sayı artır. Bu baxımdan banklardan kredit götürmüş fiziki və hüquqi şəxslər də istisna deyil.

Odur ki, bir çox ekspertlər dövlətin dəstək siyahısına bank sektorunu da daxil etməyi vacib bilirlər ki, sektor kredit ödənişlərində müştərilərinə güzəşt etsin. Amma hələ ki, bu məsələ müzakirə olunmur və heç ehtiyac da yoxdur. Əksinə, yaranmış vəziyyətdə bank sektorunun özünün bir sıra güzəştlərə getməsi tələb olunur ki, əslində bu daha düzgün yoldur. Hansı ki, bu, özünü bankların müştəriləri ilə aralarındakı münasibətlərdə büruzə verməlidir.

Belə ki, ya kreditlərin verilməsi prosedurunda, ya da geri ödənişdə müxtəlif güzəştlərin tətbiqi yolu ilə... Odur ki, dövlətin bank sektoruna dair hər hansı güzəşt paketinə və sairəyə baxmasına heç bir ehtiyac yoxdur.