Avstriyanın Tehrandakı diplomatik nümayəndəsi İran XİN-ə çağırılıb
14.09.2026

İran Xarici İşlər Nazirliyi Avstriyanın İrandakı diplomatik nümayəndəsini çağıraraq Avstriyanın İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslamiyə viza verməkdən imtina etməsinə etiraz edib.

 Bu barədə İran  Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

Onun sözlərinə görə, Məhəmməd Eslami Vyanada keçiriləcək Beynəlxalq  Atom Enerjisi  Agentliyinin Baş Konfransının 70-ci sessiyasında çıxış etməli idi.

“Vyananın Vaşinqtonun təzyiqi altında viza verməkdən imtina etməsi  Avstriyanı bu hərəkətinə görə məsuliyyətdən azad etmir”, - deyə İran XİN-in sözçüsü vurğulayıb.

visiontv.az