Avropa Komissiyası Ukraynaya müdafiə ehtiyacları üçün 2,86 mlrd. avro köçürüb
14.10.2026

Avropa Komissiyası Ukraynaya pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri və raketlərin alınması üçün 2,86 milyard avro vəsait köçürüb.

Bu barədə  Avropa Komissiyasının bəyanatında bildirilib.

Qeyd olunub ki, vəsait 90 milyard avroluq maliyyələşdirmə proqramı çərçivəsində hərbi ödənişlərin növbəti tranşıdır.

Bildirilib ki, ayrılan vəsait pilotsuz uçuş aparatlarının, hava hücumundan müdafiə sistemlərinin, raketlərin, radarların, radioelektron mübarizə vasitələrinin və döyüş sursatlarının alınmasına yönəldiləcək.

visiontv.az