Avropa Komissiyası yaxın vaxtlarda Qrenlandiya üçün əhəmiyyətli investisiya paketi təqdim etməyi planlaşdırır.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bildirib.
İnvestisiyaların məqsədi Avropa İttifaqı ilə ada arasındakı münasibətləri möhkəmləndirməkdir.
“Biz regiondakı tərəfdaşlarımız olan Böyük Britaniya, Kanada, Norveç, İslandiya və digərləri ilə təhlükəsizlik və müdafiə sahəsində əlaqələrimizi gücləndirməliyik. Bu, Qrenlandiya üçün real geosiyasi zərurətə çevrilib”, — Ursula von der Leyen bildirib.
AK Prezidenti vurğulayıb ki, Avropa İttifaqı Qrenlandiya ilə bağlı əməkdaşlığı, o cümlədən ABŞ ilə birgə işi genişləndirməyi planlaşdırır. Bu məqsədlə Avropa tərəfi Arktika üçün avadanlıqların, xüsusilə Avropa istehsalı olan buzqıran gəminin alınmasına maliyyə vəsaiti ayıracaq.