Qrenlandiya məsələsi kompromis yolu ilə həll olundu. Qərb mətbuatı yazsa da ki görüş baş tutmayacaq, Tramp və Zelenski arasında görüş baş tutdu və yaxşı keçdi.
Ukraynanın bərpası və ABŞ tərəfindən təhlükəsizlik zəmanətləri ilə bağlı sənədlər demək olar ki, 100% hazırdır, baxmayaraq ki, imzalanmayıb. Tramp "Sülh Şurası"na görə xeyli yorğun idi, amma əsas məsələ odur ki, əsəbi deyildi.
- Dünən ABŞ nümayəndə heyyəti (Uitkoff, Kuşner və Coş Qrünbaum) Moskvada Putin, Uşakov və Dmitriyevlə görüşüblər. Görüşün əsas nəticəsi o oldu ki, Trampın təşəbbüsü ilə 23-24 yanvar tarixlərində ilk dəfə Ukrayna-ABŞ-Rusiya üçtərəfli formatında danışıqlar keçiriləcək. Ukrayna nümayəndə heyətinin rəhbəri Budanov olacaq.
ABŞ-ın başlatdığı trendə Fransa da qoşulur.
Fransa Hərbi-Dəniz Qüvvələri Rusiyadan gəldiyi bildirilən neft tankerini saxlayıb(aşağıdaki şəkildə), bunu Fransa prezidenti Emmanuel Makron açıqlayıb:
"Bu əməliyyat açıq dənizdə, Aralıq dənizində, bir sıra müttəfiqlərimizin dəstəyi ilə həyata keçirilib. Əməliyyat Birləşmiş Millətlər Təşkilatının Dəniz Hüququ Konvensiyasına tam uyğun şəkildə aparılıb".
Makronun sözlərinə görə, tanker saxta bayraq altında üzürdü və sanksiyalar altındadır, hazırda araşdırma başlanıb.
Kamran Cəfərov
visiontv.az