Avropa İttifaqının xarici siyasəti və qonşuluq münasibətləri
29.11.2024

Avropa İttifaqı sülh, demokratiya və iqtisadi inkişafı təşviq etmək məqsədilə qurulmuş bir təşkilatdır. İttifaqın xarici siyasəti və qonşuluq münasibətləri, üzv dövlətlərin mənafelərini müdafiə etmək, sülhü təşviq etmək məqsədini güdür. Birliyin xarici siyasət xassələri bir neçə sahədə cəmləşir.

Diplomatik təmaslar sahəsində Birlik əlaqələrini möhkəmləndirmək və sülh proseslərini dəstəkləmək məqsədilə diplomatik nümayəndəliklər və səfirliklər vasitəsilə fəaliyyət göstərir. Birliyin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi, xarici siyasətin əsas siması olaraq təyin edilir və üzv dövlətlərin xarici işlər nazirləri ilə sıx əməkdaşlıq edir. İttifaq həmçinin bir sıra təşkilatlarla əməkdaşlıq edir və diplomatik dəstəyi gücləndirir. Beynəlxalq ticarət sahəsində Birlik üzv dövlətlərinin iqtisadi maraqlarını qorumaq və ticarət maneələrini aradan qaldırmaq üçün beynəlxalq ticarət razılaşmalarını təkmilləşdirir. Birlik Dünya Ticarət Təşkilatı (DTŞ) və digər beynəlxalq iqtisadi təşkilatlarla sıx əməkdaşlıq edir. Ticarət siyasəti, Avropa şirkətlərinə yeni bazarlara çıxış imkanları yaratmaq və xarici investisiyaları təşviq etmək məqsədini güdür. Birlik sərbəst ticarət razılaşmaları vasitəsilə iqtisadi əlaqələrini genişləndirməyə çalışır. İnsan hüquqları və demokratiya sahəsində İttifaq dünya səviyyəsində lider olmağa çalışır və bu dəyərləri təşviq etmək üçün müxtəlif proqramlar həyata keçirir. İnsan hüquqları pozuntularına qarşı qətiyyətlə mübarizə aparır və demokratik islahatları dəstəkləyir. Birlik insan hüquqlarının müdafiəsi və demokratik idarəetmə sahəsində müxtəlif beynəlxalq təşəbbüslərə qatılır. Qonşuluq siyasəti, qonşu ölkələrlə daha güclü və məhsuldar əlaqələr qurmağa yönəlmişdir. Avropa Qonşuluq Siyasəti (AQS) çərçivəsində Birlik şərq və cənub qonşuları ilə sıx əməkdaşlıq qurmaq məqsədini güdür. Bu siyasət çərçivəsində iqtisadi, sosial və siyasi sahələrdə islahatlar dəstəklənir. AQS, qonşu ölkələrə maliyyə dəstəyi, texniki yardım və siyasi dialoq vasitəsilə yardım edir. Məqsəd, qonşu ölkələrin sabitliyini və rifahını təmin etməkdir. AQS çərçivəsində Birlik, qonşu ölkələrdə iqtisadi inkişafı və demokratik islahatları dəstəkləyir. Şərq Tərəfdaşlığı, İttifaqın altı şərq qonşusu ilə (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) əlaqələrini gücləndirməyi hədəfləyir. Bu proqram çərçivəsində ticarət və demokratik islahatlar sahəsində əməkdaşlıq edilir. Şərq Tərəfdaşlığı proqramı, regionun sabitliyini və rifahını artırmaq məqsədilə həyata keçirilir. Birlik, bu proqram vasitəsilə şərq qonşularının iqtisadi və siyasi inkişafını dəstəkləyir. Aralıq Dənizi Tərəfdaşlığı, Birliyin Aralıq dənizi bölgəsindəki ölkələrlə (Mərakeş, Tunis, Əlcəzair və s.) iqtisadi və sosial əlaqələri genişləndirmək məqsədilə əməkdaşlıq edir. Bu təşəbbüs, bölgədə sülh, sabitlik və iqtisadi inkişafı təşviq etmək məqsədini daşıyır. Aralıq Dənizi Tərəfdaşlığı çərçivəsində Birlik, bölgə ölkələri ilə birgə layihələr həyata keçirir və iqtisadi əlaqələri möhkəmləndirir. Birliyin xarici siyasəti və qonşuluq münasibətləri, üzv dövlətlərin maraqlarını qorumaq və bölgədə sabitliyi təmin etmək məqsədilə müxtəlif sahələrdə geniş fəaliyyət göstərir. Bu siyasətlər həm daxili, həm də xarici təhlükəsizliyi, iqtisadi inkişafı və demokratik dəyərlərin yayılmasını təmin etməyə yönəldilmişdir. Birlik, dünya səviyyəsində sülh, demokratiya və insan hüquqlarını təşviq etmək məqsədilə qətiyyətlə çalışır və qonşu ölkələrlə daha güclü və məhsuldar əlaqələr qurmağa yönəlmişdir. Birlik həmçinin qlobal məsələlərdə liderlik edir və iqlim dəyişikliyi, terrorizm və qaçqın böhranı kimi məsələlərə qarşı qətiyyətli mövqe tutur. Bu kontekstlərdə, birlik təşkilatlarla birgə layihələr həyata keçirir və qlobal məsələlərə qarşı mübarizə aparır. İttifaqın genişlənmə siyasəti regiona və özünə müxtəlif təsirlər göstərir. Birliyin genişlənməsinin regiona təsirində iqtisadi inkişafı, siyasi sabitliyi, enerji təhlükəsizliyini və insan hüquqlarını təşviq edir. Yeni üzv dövlətlər iqtisadi və siyasi islahatlar həyata keçirərək İttifaqın dəyərlərini qəbul edir və bu da regionda sabitlik yaradır. İttifaqın genişlənməsinin özünə təsiri isə təşkilata iqtisadi fayda gətirir, siyasi gücünü artırır, mədəniyyətlərarası dialoqu və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir. Birliyin genişlənməsi, təşkilatın daha güclü və təsirli bir qurum olmasına kömək edir. Aİ-nin gələcəkdə yeni üzv dövlətləri qəbul etməsi, qonşuluq siyasətini genişləndirməsi və daxili struktur islahatlarını həyata keçirməsi daha yaxşı olar. Bu addımlar, təşkilatın daha güclü və təsirli olmasına və Avropada sabitlik və inkişafın təmin edilməsinə kömək edəcək. Genişlənmə siyasəti, İttifaqın təsir dairəsini artırar və qlobal miqyasda daha güclü bir qurum olmasına şərait yaradar. Bu, Avropa regionunda sülh və rifahın artmasına töhfə verəcəkdir.

Mülayim Bağırova, Azərbaycan Universiteti

visiontv.az