Ateist allahlıq iddiasına düşə bilməz
13.10.2024

İnanclı dostlarımız Stalinin qətliamlarını nümunə göstərib ateizmin qəddarlığa, barbarlığa yol açdığını iddia edirlər.

Stalin ateist deyildi, şillə-təpik, təhqir altında böyüyüb doğmalarının timsalında insanlığa heç bir sayğısı qalmayan, qisasını almaq üçün allahlıq iddiasıyla yaşayan bir proletar idi.

Bizə qətliam kimi görünən əməlləri Stalinin insanlığa qarşı təkbaşına üsyanı idi. Dünya doludur hakimiyyətdən məhrum qalan belə adamlarla.

Milyonları öldürmək səlahiyyətini özündə görmək, ateizm deyil, allahlıq iddiasıdır. Çünki dünyada yalnız allahın belə bir legitim səlahiyyəti və gücü var.

Ateist üçün allah yoxdur, allah adlı bir güc də yoxdur. Ateist allahlıq iddiasına düşə bilməz.

Stalinin qətliamlarının bir başqa formasını qatı dindar olan Əmir Teymur da edib.

Yəni milyonları öldürmək səlahiyyəti inancdan və inancsızlıqdan qaynaqlanmır, travmalardan qaynaqlanır.

Aqşin Yenisey

visiontv.az