"Artıq kimsə, hətta aşağı vəzifəli rəsmilərə qarşı şikayət etməkdən qorxur" - məclis deputatı
10.05.2024

Təbriz şəhərinin İran İslami Şura Məclisində deputatı Məsud Pezişkian ölkədə rəsmilərdən qorxu və çəkimə atmosferasının hakim olduğunu deyib.

“Hal hazırda elə bir vəziyyət yaranıb ki, artıq kimsə haqqını almaq üçün hətta aşağı vəzifəli rəsmilərə qarşı şikayət etməkdən çəkinir. 

Şikayətçinin iddiası doğru olduğu bir halda yenə ona qulaqburması verirlər” Pzişkian “Etimad” qəzeti ilə müsahibəsində deyib.

 Pezişkian həmçinin ölkədə məcburi namaz və vətəndaşları hüquqdan məhrum etməklə hicaba məcbur etmək barədə fikir bildirib.

“Güc tətbiq etməklə kütləni namaz qılan etmək və başına hicab örtdürmək olmaz. 45 ildir xalq hicab örtməyə məcbur edilir, lakin mümkün olmayıb. İndi güc tətbiq etmə və hüquqlardan məhrum etmə metodları ilə də mümkün olmaycaq. ” Pezişkian vurğulayıb.

Deputat həmçinin xalqın hökumətə qaraşı tələbkar olmasını müsbət qiymətləndirib: “xalq təlbkar olduqda hakimiyyəti və rəsmiləri cızığından çıxmağa qoymaz”.

visiontv.az