"Aqrar Universitetin yataqxanasındakı yanğında 11 nəfər tüstüdən zəhərlənib"
16.01.2023

Gəncə şəhər Ozan küçəsində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxana binasında yanğın baş verib.

Visiontv.az xəbər verir ki, TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirib ki, nəticədə 10 nəfər yataqxananın tələbəsi tüstüdən zəhərlənmə diaqnozu ilə Abbas Səhhət adına xəstəxanaya, 1 nəfər isə Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabildir.