İran islam ideologiyası 12 imama söykənən bir doktrindir. İran islam panteonunda başda 12 imam düzülüb, peyğəmbərin özü belə onlardan aşağıda yer alır.
Bu, fərqli, daha doğrusu, alternativ islamdır. Gücünü vəhydən, yənu Qurandan deyil, siyasi məğlubiyyətdən alan islamdır.
Bu elə bir məğlubiyyət növüdür ki, mənəvi qələbəni təmsil edir.
İndiki rejim hər hansı bir məğlubiyyətlə üzləşsə belə bu, onun mənəvi qələbəsi olacaq. Ən azı, tərəfdarları bu cür car çəkəcəklər.
Məsələnin bu cür qoyuluşu fərd üçün misilsiz üstünlükdür, fəxarətdir. Amma xalqın, dövlətin mənəvi qələbəyə yönləndirilməsi səfalətdir, xərabətdir, müsibətdir.
İndiki bu müsibət İran islam ideologiyasının daxili strukturunda illərdi gizli bir arzu idi.
Aqşin Yenisey
visiontv.az