Almaniyada yaşayan İranlı şahçı Pərisə Cəfərzadə Azərbaycan xalqına qarşı nifrət nitqi yaydığına və Pəhləvi ordusu tərəfindən Azərbaycan xalqına qarşı törədilən qırğını müdafiə etdiyinə görə Almaniyada yaşayan Azərbaycanlı vəkil Sina Yusifi onu məhkəməyə verib.
Azərbaycanlı vəkil Sina Yusifi bu barədə yazıb: "İddiasına görə, Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Zigen şəhərində SIGNAL IDUNA sığorta şirkətində işləyən bu şəxs tərəfindən İnstaqram sosial şəbəkəsində Azərbaycan xalqına qarşı nifrət dolu məzmunun dərc olunmasından sonra məsələ Şimali Reyn-Vestfaliya Dövlət Polisi (POLIZEI NRW) tərəfindən rəsmi olaraq qeydiyyata alınıb və müvafiq iş nömrəsi ilə araşdırılır. Bundan əlavə, yuxarıda qeyd olunan hesabat cinayət işi üzrə istintaq üçün Zigen Şəhər Prokurorluğuna (STAATSANWALTSCHAFT SIEGEN) da göndərilib. Məsələnin hüquqi tərəfi Almaniya cinayət qanunvericiliyinə uyğun olaraq davam etdiriləcək."
Qeyd edək ki, Rza Pəhləvinin tərəfdarı olan Pərisə Cəfərzadə bir neçə gün əvvəl İnstaqram səhifəsində 1946-cı ildə Azərbaycan xalqına qarşı törədilən qırğını açıq şəkildə müdafiə edən və bunu Məhəmməd Rza Pəhləvi hökumətinin "düzgün addımı" adlandıran video yayımlayıb. Videoda o deyir: “Kaş ki, Pəhləvi qırğını zamanı Azərbaycanda olsaydım və ona kömək edə bilsəydim, o, daha çox adam öldürərdi. İran şaha məxsusdur!”
visiontv.az