"Afrika şiri" təlimində yoxa çıxan ABŞ hərbçlərindən daha birinin meyiti tapıldı
14.05.2026

Mərakeşdə "Afrika şiri" adı verilən hərbi təlimlər zamanı itkin düşən daha bir ABŞ hərbçisinin meyiti tapılıb.

 Bu barədə Mərakeş ordusundan məlumat verilib.

"Xilasetmə qrupları ölkənin cənub-qərbindəki  Kap-Draa rayonunda bir neçə gün əvvəl itkin düşmüş ikinci  ABŞ hərbçisinin meyitinin aşkar edilməsindən sonra genişmiqyaslı axtarış əməliyyatlarını başa çatdırıb", - deyə ordunun rəsmi məlumatında bildirilib.

Qeyd olunub ki, axtarışlara  ABŞ ordusu ilə koordinasiyalı şəkildə ixtisaslaşdırılmış quru və hərbi-dəniz bölmələri səfərbər edilib.

Meyiti tapılan hərbi qulluqçunun rütbəsi və adı açıqlanmır.

Mayın 11-də Mərakeş ordusunun komandanlığı itkin düşmüş hərbçilərdən birinin meyitinin aşkarlanması barədə məlumat yaymışdı.

Daha əvvəl məlumat verilmişdi ki, itkin düşmüş iki hərbçi  sonuncu dəfə Kap-Draadakı poliqona bitişik sahil qayalığının yaxınlığında görünüblər. Onların qayadan Atlantik okeanına düşə biləcəyi ehtimal edilirdi.

visiontv.az