ABŞ Yəmənə qarşı yeni sanksiyalar tətbiq edib
15.09.2025

ABŞ xəzinədarlıq departamenti Qərbi Asiya bölgəsindəki müqavimət qruplarına qarşı maksimum təzyiq siyasəti istiqamətində Yəmən Ənsarullahı ilə əlaqədar olan dörd gəmiyə, həmçinin otuz iki şəxs və orqana qarşı sanksiya tətbiq edib.

Amerika xəzinədarlıq departamenti iddia edib ki, departamentin Xarici Aktivlərə Nəzarət İdarəsi İranın himayəsi altında olan və husilər kimi tanınan Yəmən Ənsarullahını hədəfləyən sanksiyalar tətbiq edib. Qeyd edib ki, bu sanksiyalar, departamentin bu günədək tətbiq etdiyi ən iri sanksiyalardır.

Amerika xəzinədarlıq departamenti onu da iddia edibdir ki,  hədəfə alınan şəbəkələr, husilərin silah tədarükü, qaçağı və qanunsuz beynəlxalq maliyyə yardımlarının toplanması əməliyyatlarının bir hissəsidir. Qeyd edib ki, sözügedən sanksiyalar, husilərlə bağlı şirkətlərə, onların sahiblərinə, həmçinin Marşal adalarında, Birləşmiş Ərəb Əmirliklərində, Çində və Yəməndə yerləşən digər aparıcı husi amillərə şamil olurlar.

visiontv.az