ABŞ İranı cəzalandırmağın kreativ üsullarını axtarır
04.08.2026

Amerika Birləşmiş Ştatlarının Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ-li hərbi analitiklərə müraciət edərək İranı cəzalandırmağın qeyri-adi yollarını düşünmələrini istəyib.

Visiontv.az-ın xəbərinə görə, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat verib.

"Biz İranı cəzalandırmaq və ona təzyiq göstərmək üçün yeni kreativ (yaradıcı) və qeyri-standart üsullar axtarırıq", - deyə CENTCOM-un kəşfiyyat bölməsi tərəfindən göndərilən elektron məktubda bildirilib.

Telekanalın məlumatına görə, bu addım onu göstərir ki, ABŞ  Administrasiyasının İran barəsində hərəkətlərə dair məhdud variant paketi var və bunlardan bəziləri qəbuledilməz hesab olunur.

"Fox News"un həmsöhbətlərindən biri bildirib ki, CENTCOM bütün yeni ideyaları nəzərdən keçirməyə hazırdır. Hərbçilər etiraf edirlər ki, İran üzrə strategiya yenidən qiymətləndirilməlidir.

visiontv.az