Tramp müharibəyə məcbur görünür
03.04.2026

İran ABŞ-a məqbul olan şərtləri hər vəchlə rədd edir.

ABŞ ya İranın şərtlərini qəbul etməlidir, ya müharibə etməlidir. Çünki artıq böhrandan çıxış qapısı bağlıdır. 12 günlük müharibə kimi qaçıb getmək alınmayacaq.

Geriyə ancaq ordu qalır.

Bölgəyə 30 minə qədər əsgər yığılır. İsrail də 10-15 min əsgərlə kömək etsə, bölgədəki əsgərlərlə birlikdə 50-60 min əsgər düzələcək.

USS Gerald Ford gah tualet, gah çamaşırxana sabotajına məruz qaldı.

Tək aviadaşıyıcı ilə müharibə etməyə risk etməyən Tramp, USS Corc Buş Aralıq dənizi sahilinə çatmasını gözləyir.

Həm İsraili müdafiə etmək, həm də İrana raket atmaq üçün.

Tramp ondan artıq gözləyə bilmir.

Həm İran Husilərə Bab-əl-Məndəbi bağlamaq üçün təzyiq edir. USS Buş İran sahillərinə yanaşmaq üçün Süveyş və Qırmızı dənizdən keçməlidir. Bu onu açıq hədəf edir.

Həm də USS Corc Buş İran sahillərinə gəlməsi əlavə onlarla gün çəkəcək ki, bu da ABŞ-da Kongresin icazəsi olmadan hərbi əməliyyatlar aparmaq üçün icazə verilən 60 gün limiti keçir.

Bunu kompensasiya etmək üçün ətraf ərazilərdən yenə dəstək gəmiləri cəlb edilir.

İndi Tramp bu qədər gəmini və əsgəri İran sahillərinə yığıbsa, geriyə 2 versiya qalır.

Ya İran müharibənin ciddi mərhələyə çatdığını görüb, güzəşt etməlidir. Ki, bunun heç bir əlaməti görünmür. Ya da hərbi əməliyyatlar başlamalıdır. Bu qədər hərbi qüvvə ilə ancaq nöqtə əməliyyatları aparmaq olar. Hörmüz ətrafı, Bəndər-Abbas, Xərq adası.

Ya da İran hava limanlarına enib, daha böyük qüvvələrin daxil ola bilməsi üçün, aeroportlara nəzarətin elə keçirilməsi.

Qısaca, Putinin Kiyevdə edə bilmədiyini, Tramp İranda yoxlayacaq. Venesuela 2.0 əlində partlayan Tramp, görəsən, Hostomel 2.0 bacara biləcəkmi?!

Rusiya və Çin isə qollarını çırmalayıb, sevinə-sevinə Amerikanın növbəti bataqlığa girməsini seyr edirlər.

Bu dəfə hədəf böyükdür. Nüvə müharibəsinə apara biləcək qədər böyük...

Siyasi analitik Turab Rzayev

visiontv.az