346-cı gün: Rusiyanın itkiləri açıqlandı
04.02.2023

Ukrayna müharibənin 346-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Visiontv.az Axar.az- a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 130 590 hərbçi, 3218 ədəd tank, 6394 ədəd zirehli döyüş maşını, 2220 ədəd artilleriya sistemi, 460 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 225 hava hücumundan müdafiə sistemi, 294 ədəd hərbi təyyarə, 284 ədəd helikopter, 5081 ədəd avtomobil texnikası, 1 956 ədəd PUA, 796 qanadlı raket, 18 gəmi/qayıq, 203 xüsusi avadanlıq itirib.