100-dən çox erməni Livandan Ermənistana gətirilib
12.08.2020

Baş Nazirin müavini Tiqran Avinyan özünün rəsmi “Facebook” səhifəsində bildirib ki, ilk iki təyyarə reysi ilə Beyrutdan İrəvana 56 erməni gətirilib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, T. Avinyanın sonuncu reyslə isə Beyrutdan Ermənistana gətirilən Livan ermənilərinin sayının 45 nəfər olduğunu bildirib.

Qeyd edək ki, avqustun 4-də Beyrut limanında baş verən güclü partlayış nəticəsində ən azı 171 nəfər həlak olub. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, ən azı 30 nəfər hələ də itkin düşmüş hesab olunur.