Rusiyada destabilizasiya faktoru kimi Sergey Şoyqu göstərilir
10.05.2026

Kremldə Putinə qarşı mümkün sui-qəsd və çevriliş ehtimalı səbəbilə narahatlıq artır. Bunu Qərb kəşfiyyatı müəyyən edib. CNN, Financial Times və “Vacib hekayələr” jurnalistlərinin əldə etdiyi Aİ ölkələrindən birinin kəşfiyyat hesabatında deyilir ki, destabilizasiya faktoru kimi Sergey Şoyqu göstərilir.

Hesabatda qeyd olunur ki, cavab tədbiri kimi Putinin mühafizəsi gücləndirilib. Belə ki, Federal Mühafizə Xidməti prezident administrasiyasında yoxlamaları sərtləşdirib, Putinin hərəkətlərini məhdudlaşdırıb və faktiki olaraq onu qorunan bunkerlərdən işləməyə keçirib. Rusiya prezidenti artıq Moskva vilayətindəki və Valdaydakı iqamətgahlarına getmir.

Putinə çıxışı olan əməkdaşlara da ciddi nəzarət tətbiq olunur: onlara adi telefonlardan və ictimai nəqliyyatdan istifadə qadağan edilib, aşpazların, fotoqrafların və mühafizəçilərin evlərində müşahidə sistemləri quraşdırılıb.

Keçmiş müdafiə naziri Sergey Şoyqu “potensial destabilizasiya amili” kimi qiymətləndirilir. Bildirilir ki, onun keçmiş birinci müavini Ruslan Tsalikov-un 2026-cı ilin martında həbs edilməsi “elitlər üçün qeyri-rəsmi təhlükəsizlik zəmanətlərini sarsıdıb”.

Hesabatda həmçinin qeyd olunur ki, ümumilikdə daxili münaqişə riskləri artıb və güc strukturları arasında gərginlik yüksəlir — onlar Ukrayna xüsusi xidmətlərinin hücumlarının qarşısını almaqda uğursuzluqlara görə bir-birini ittiham edirlər.

visiontv.az