Avropalılar Ukraynaya hərbi yardım məsələsinə ABŞ-dan bir yarım dəfə çox sərmayə qoyurlar
10.05.2026

Bu fikirləri keçmiş dövlət katibi Entoni Blinken bildirib.

“Ukrayna həm bizdən, həm də avropalılardan kifayət qədər böyük yardım alıb. Yeri gəlmişkən, Ukraynaya yatırdığımız hər bir dollara qarşılıq avropalılar və digər ölkələr bir dollar əlli sent sərmayə qoyurlar. Ona görə də onların Ukrayna məsələsində sadəcə “başqasının hesabına dolanması” ideası həqiqətə uyğun deyil.

Ukrayna üçün xərclədiyimiz vəsaitin böyük hissəsi isə əslində elə burada, Birləşmiş Ştatlarda xərclənib. Bu pullar ya onlar üçün silah sistemlərinin alınmasına, ya da onlara verdiyimiz sistemlərin yerinin doldurulmasına yönəldilib”.

visiontv.az