Millət vəkili: “İranın əli tətikdədir”
10.05.2026

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rzayi “Axios” nəşrinin ABŞ və İranın müharibəyə son qoya biləcək razılaşmaya yaxınlaşdığı barədə yaydığı xəbərə sərt reaksiya verib.

Rzayi “X” hesabında paylaşım edərək bildirib ki, Axios-un yazdığı mətn reallığı əks etdirmir və daha çox “Amerikanın arzu siyahısı” xarakteri daşıyır.

Millət vəkili vurğulayıb ki, ABŞ üz-üzə danışıqlarda əldə edə bilmədiyini müharibə yolu ilə də qazana bilməyəcək. Onun sözlərinə görə, Tehran hər an cavab verməyə hazırdır.

“İranın əli tətikdədir və hazırdır. Əgər onlar təslim olmasalar və lazımi güzəştlərə getməsələr, yaxud özləri və ya itləri pis davranmağa çalışsalar, biz sərt və peşmanedici cavab verəcəyik”, – deyə Rzayi qeyd edib.

visiontv.az