Kanada SEPAH-a qadağa qoydu
10.05.2026

Kanadanın baş naziri Mark Karni İran SEPAH-ın heç bir üzvünün ölkəsinə daxil ola bilməyəcəyini açıqlayıb.

“İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) və onun bütün üzvləri bir neçə ildir ki, terror təşkilatı siyahısına salınıb.

Son bir il ərzində apardığımız yoxlamalar nəticəsində 20 mindən çox şəxsin ölkəyə girişinin qarşısı alınıb (dəqiqləşdirmək üçün deyim ki, söhbət 20 min İnqilab Keşikçisindən getmir, sadəcə bu tədbirlərin miqyasını göstərmək üçün deyirəm).

​Ölkəyə daxil olmaq üçün çoxsaylı maneələr var və əsas məsələ odur ki, bu maneələr effektivdir. Biz bunun şahidi olmağa davam edirik. Əlbəttə ki, istənilən vəziyyətdə nəyin edildiyini və nəyin təkmilləşdirilə biləcəyini görmək üçün hər zaman nəzarət aparılır.

​Lakin kanadalılar üçün əsas təminat budur ki, İnqilab Keşikçiləri Korpusunun üzvlərinin bu ölkəyə girişi haqlı olaraq qadağan edilib və onlar bu ölkəyə daxil olmayacaqlar", - Karni vurğulayıb.

visiontv.az