İran aviaşirkətində ciddi böhran: təyyarələr sıradan çıxıb, maaşlar verilmir
10.05.2026

İranın Aseman Hava Yolları şirkətində 20 illik təcrübəyə malik bir vətəndaşın “Iran International”a göndərdiyi səs yazısında şirkətin ciddi problemlərlə üzləşdiyi bildirilib.

Onun sözlərinə görə, aviaşirkətin təyyarələrinin sayı 24-dən 3-ə enib və mövcud təyyarələrdən biri tez-tez uçuşlardan çıxarılır.

Bildirilir ki, təyyarələrdə texniki nasazlıqlar artıb, idarəetmədə tez-tez dəyişikliklər baş verir və işçilər aylardır əmək haqlarını ala bilmirlər.

visiontv.az