Zəngilanın əksər yerləri ağ örpəyə bürünüb
14.01.2024

Rayonun Ağalı kəndində isə qarın yaratdığı mənzərə daha cəlbedicidir.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, Zəngilan rayonunda bu gün saat 18 radələrində qar yağmağa başlayıb. Əvvəlcə narın qar müşahidə edilsə də, qısa müddətdə yağıntı güclənib. Qarın yağması Ağalı kəndində xüsusilə cəlbedici olub. Uzun illərdir yurd həsrəti ilə yaşayan Ağalı sakinləri indi qışın qar sevincini də öz kəndlərində yaşayır.​ Gecələri çil-çıraqlı olan kənd həmçinin ağ örpəyi ilə daha da, gözəlləşib.

Qeyd edək ki, havalar şaxtalı qarlı olmasına baxmayaraq kənddə həyat öz axarı ilə davam edir.​ Ağalı kəndindən olan son kadrları təqdim edirik.​