Məncə, Azərbaycan Ermənistana təklif edə bilər ki, Zəngəzur dəhlizindən Türkiyəyə çıxacaq neft və qaz kəməri çəkə bilərik. Əslində belə bir alternativ kəmər Azərbaycana lazımdır da...
Düşünürəm ki, bu təklif Ermənistan üçün cəlbedici ola bilər. Və ya Ermənistana Asiya ölkələri ilə əlaqə yaratmaq üçün Xəzər dənizindəki limanların birindən yararlanmaq imkanı yaratmaq olar...
Türkiyənin də Ermənistana təklif edə biləcəyi çox şey var...
Elə etmək lazımdır ki, Ermənistan tərəfi də Zəngəzur dəhlizinin açılmasında maraqlı olsun. Nikol Paşinyan daşnakların təzyiq altında qalmasın...
Sülh müqaviləsi Ermənistana çox lazımdır. Ancaq bizə də bu, çox gərəkir. Niyə? Çünki sülh müqaviləsi Qarabağ Zəfərinə beynəlxalq səviyyədə legitimlik verəcək. Bu Zəfərin nəticələri beynəlxalq sənədlərlə təsdiq olunmalıdır. Biz siyasi trendlərin sürətlə dəyişdiyi bir dönəmdə yaşayırıq. Geosiyasi vəziyyət qəflətən, yəni bizim iradəmizdən asılı olmayaraq dəyişə də bilər...
Elbəyi Həsənli
visiontv.az