Yuri Qaqarinin uçuşu cəmi 108 dəqiqə çəkmişdi, amma bu 108 dəqiqə bütün tarixdə insanlığın ən həyəcanlı anlarından biri idi. O an, Yer kürəsi ilk dəfə öz övladını kosmosa göndərirdi, amma heç kim o səfərin necə bitəcəyini bilmirdi.
“Vostok-1” plan üzrə 181–327 km yüksəklikdə orbitə çıxmalı idi, lakin raket planlaşdırılandan bir qədər artıq güclə işlədiyindən, gəmi 367 km-ə qədər qalxdı. Bu fərq o demək idi ki, əgər əyləc sistemi işə düşməsəydi, Qaqarin 10 gün orbitdə qala bilərdi. Bu təhlükə əvvəlcədən nəzərə alınmışdı və gəmiyə bu səbəbdən 10 günlük ərzaq və oksigen ehtiyatı yüklənmiş di.
Bir səhv, bir siqnal gecikməsi, bir sistem xətası isə insanlıq tarixinin ilk kosmonavtının həyatına son qoya bilərdi.
Ən gərgin an eniş zamanı baş verir.
Əyləclər işə düşdür, lakin aparatın aşağı hissəsi ayrılmır. Qaqarin hiss edirdi ki, kapsul silkələnir, fırlanır, bədənini kresloya sıxır, alov pəncərələrdən dəhşətli dərəcədə parlayır. O, sonradan xatırlayırdı: “Sanki bütün kainat yanırdı, mən isə o alovun içində idim.” Hər an gəmi dağılaraq yanmağa başlaya bilərdi.
10 dəqiqəlik kabusdan sonra kabellər yanır, hissələr ayrılır və gəmi düz istiqamət alır. Qaqarin nəhayət rahat nəfəs alır. Amma təhlükə hələ bitməmişdi: kapsulun yerə sərt çırpılma riski vardı. Buna görə o, planlaşdırıldığı kimi 7 km yüksəklikdə paraşütlə kapsuldan ayrılır və Yerə doğru, minlərlə metrlik boşluqdan enir.
Nəhayət, o, Saratov vilayətində, Smelovka kəndi yaxınlığında yerə enır. Yerli kəndlilər onu ilk anda yadplanetli və ya təyyarə qəzasından sağ qalan biri sandılar.
Astranomiya səhfəsi
visiontv.az