Yevlaxda süpürgəçi qadınları avtomobil vurub, ölən var
26.03.2023

Yevlaxda süpürgəçi işləyən iki qadını avtomobil vurub, onlardan biri ölüb.

Visiontv.az Apa - ya istinadən bildirir ki, hadisə şəhərin Nizami Gəncəvi küçəsində qeydə alınıb.

Onlardan biri - 1974-cü il təvəllüdlü Əsgərova Səbinə Rafiq qızı hadisə yerində dünyasını dəyişib.

Digər qadın ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır