İranda ərəblərə qarşı təzyiqlərin davamında son 5 gün ərzində ərəblərin Kompakt yaşadığı Xuzistan əyalətində onlarla mədəni fəal həbs edlərək naməlum yerlərə aparılıb.
Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, həbs edilən onlarla fəalın hələlik yalnız 28-nin kimliyini müəyyənləşdirməm mümkün olub.
Onların hansı ittihama görə həbs edildiyi və hara aparıldıqları barədə məlumat verilmir.
Qeyd edək ki, bir neçə gün əvvəl Əhvaz İnsan Haqları Mərkəzi bəyanat yayaraq, ərəblərə qarşı yeni repressiya dalğasının başladınğı barədə xəbərdarlıq etmişdi.
visiontv.az