XİN Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılmasının mümkünsüz olduğunu bildirib
XİN Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılmasının mümkünsüz olduğunu bildirib
01.07.2022 MEDİA Tərəfindən

Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyanı BMT Təhlükəsizlik Şurası və Baş Assambleyadan kənarlaşdırılması ilə bağlı çağırışları yalnız diqqəti cəlb etmək məqsədi daşıyır.

Bu barədə jurnalistlərə Rusiya Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar departamentinin direktoru Petr İliçev bildirib.
"BMT Nizamnaməsinin 6-cı maddəsinin 2-ci fəsli Baş Assambleyanın BMT-dən xaric edilməsi haqqında qərarına aiddir. Bu, BMT Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında edilməlidir. BMT Təhlükəsizlik Şurası belə bir tövsiyəni qəbul etməyəcək, çünki biz vetodan istifadə edəcəyik”, - İliçev TASS-ın sualını cavablandırarkən deyib.
“Bu, onun diqqəti cəlb etmək üçün atdığı addımdır”, – diplomat Zelenski haqqında danışarkən deyib.
Çərşənbə axşamı BMT Təhlükəsizlik Şurasının iclasında videobağlantı vasitəsilə danışan Zelenski Rusiyanı Təhlükəsizlik Şurası və Baş Assambleyadan xaric etməyə çağırıb.
BMT Nizamnaməsində qeyd edildiyi kimi, “bu Nizamnamədə əksini tapmış prinsipləri sistemli şəkildə pozan təşkilat üzvü Təhlükəsizlik Şurasının tövsiyəsi ilə Baş Assambleya tərəfindən təşkilatdan xaric edilə bilər”.
visiontv.az