İranın keçmiş prezidenti Məhəmməd Xatəminin ayağı gipsdə və əlində əsa ilə çəkilmiş yeni fotoları yayılıb. Siyasi fəal Məhəmməd Əli Əbtəhi “X” hesabında Xatəminin bir müddət öncə ayağının sındığını və həmin vaxtdan ayağının gipsdə olduğunu bildirib.
Xatəmi İranın beşinci prezidenti olub və səkkizillik prezidentliyi dövründə “vətəndaş cəmiyyəti”, “qanunun aliliyi” və “siyasi inkişaf” kimi şüarları ön plana çəkib.
Onun siyasi irsi ilə bağlı tənqidi yanaşmalarda isə bu vədlərin praktik islahatlara çevrilmədiyi, paralel hakimiyyət strukturları və vətəndaş hüquqlarının müdafiəsi sahəsindəki problemlər qarşısında məhdud nəticələr əldə olunduğu vurğulanır.
visiontv.az


