Vaşinqton vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında çərçivə sazişinin imzalanması mümkündür
Vaşinqton vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında çərçivə sazişinin imzalanması mümkündür
25.01.2023 Məhəmməd Əsədullazadə Tərəfindən

ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi üçün yeni sənəd hazırlanır. Bu sənəd Azərbaycanın beş təməl prinsiplərini özündə əks etdirməklə çərçivə sazişinin nəzərdə tutur. Çünki, Ermənistan tərəfi sülh müqaviləsinə imza atmağa tələsmir və ölkədə Konustitusiya referendumu planlaşdırır.

Vaşinqtonun normallaşma prosesində aktivliyi məhz Rusiyani regiondan çıxarmaq və Cənubi Qafqazda möhkəmlənməkdir. Paralel olaraq Avropa İttifaqının mülki missiyasinı Ermənistana göndərildi. Bu, missiya prinsipcə Azərbaycan üçün ciddi problem deyil. Bu, Ermənistan Rusiya əlaqələrinin pozulmasına xidmət edir. Burada Fransanın pozuculuq fəaliyyəti mümkündür.  Rəsmi Bakını narahat edən əsas məqam budur. Amma, rəsmi Bakı Vaşinqtonla birgə Fransanın pozuculugunun  qarşısını almaga qadirdir.
Azərbaycanla Ermənistan arasında Vaşinqtonun vasitəçiliyi ilə çərçivə sazişi bağlanması gözlənilir. Belə bir saziş üçün liderlərin görüşü təşkil edilməsi mümkündür.

Çərçivə sazişinin imzalanmasının nə qədər effektli olacağı da sual doğurur. Çünki, Ermənistan rəhbərliyi Azərbaycanin tələblərini konkret olaraq praktiki həyata keçirməlidir. Əgər, Ermənistan Qərbin ona verdiyi siyasi və təhlükəsizlik dəstəyindən  Azərbaycana qarşı siyasi təzyiq kimi istifadə edəcəksə, yeni hərbi toqquşma qaçılmaz olacaq. Bu da N. Paşinyanın siyasi iflasına gətirib çıxara bilər.
Qarabağda baş verənlər isə, burada Azərbaycan özü güc tətbiqini həyata keçirməsindən asilidir. Bu istiqamətdə  diplomatıik danışıqlar mümkün deyil. Qarabağdaki ermənilər və burada yaranan problemlərin yolu alternativsiz güc tətbiqindən keçir. Çünki, R. Vardanyan qəti şəkildə "müstəqillik" deyərək durur. Bu da Kremlin birbaşa təlimatına əsaslanır.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə

Visiontv.az