Urmuda 4 nəfər "İsrailə casusluq"a görə edama məhkum edildi
09.11.2024

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin İnqilab və Dövlət Məhkəməsi 4 məhbub barədə "İsrailə casusluq" ittihamına görə edam cəzası qərarı çıxarıb.

Bu barədə Qərbi Azərbaycan əyalətinin Məhkəmə Sisteminin ictimaiyyətlə əlaqələr bölməsi məlumat yayıb.

İttihamnamədə iddia olunub ki, edama məhkum edilən şəxslər Mossadın dəstəyi ilə Möhsün Fəxrizadənin öldürülməsi üçün avadanlıqların İrana gətirilməsi və sui-qəsd yerinə daşınmasında iştirak ediblər.

Qeyd edək ki, 27 noyabr 2020-ci ildə İranın Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəhbəri, nüvə proqramının inkişaf etdirilməsinə rəhbərlik edən  Möhsün Fəxrizadəyə sui-qəsd olub.

Tehran yaxınlığında yerləşən Dəmavənd şəhərində Fəxrizadənin olduğu avtomobilə hücum nəticəsində mühafizəçilər və silahlılar arasında güclü atışma baş verib. Qarşıdurma zamanı M.Fəxrizadə ağır yaralanıb və xəstəxanaya çatdırıldıqdan sonra həlak olub.

visiontv.az