Urmu gölü adalarında sarı maralın nəsli kəsilir
03.04.2025

Urmu gölünün quruması və ekosistemin dəyişməsindən sonra gölün adalarında, xüsusən Rəşkan adasında yaşayan sarı maralların nəsli sürtlə tükənir.

Hazırda adı çəkilən adada yalnız 13 baş maral mövcuddur.

Bundan əvvəl Urmu gölü adalarında sarı maralların sayı minlərlə olub.

Göl qurumağa başlayandan sonra maralların nəsli sürətlə tükənməyə başlayıb.

Bununla yanaşı 2023-cü ilin iyul ayında 60 baş sarı maral Kirman əyalətinə köçürülüb.

Qeyd edək ki, problemin əsas amili quruması nəticəsində bitki örtüyünün azalması ilə yanaşı adaların quru ilə birləşməsidir.

Bu, nadir heyvan növlərinin adalardan çıxaraq ətraf bataqlıqlarda məhv olmasına səbəb olur.

Bununla yanaşı yırtıcı heyvanlar bölgəyə girərək sarı maralları ovlayaraq ekosistemin kəskin dəyişməsinə səbəb olurlar.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8