Bu gün səhər saatlarında Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya (Urmu) şəhərinin Behdari bölgəsində yaşayış binasının bir mərtəbəsinə məqsədli dron hücumu olub.
Bu barədə yerli mənbələrl məlumat yayıb.
Məlumata görə, dron hücumunun İsrail tərəfindən edildiyi ehtimal olunur.
Hücumun binada yaşayan yüksək rütbəli dövlət məmuruna qarşı həyata keçirildiyi bildirilsə də, onun kimliyi barədə açıqlama verilməyib.
visiontv.az