BMT Baş katibinə göndərilən məktubda İranın BMT-dəki səfiri Əmir Səid İrəvani BƏƏ-ni ABŞ hücumlarında iştirakda günahlandırıb.
Məktubda qeyd olunur ki, BƏƏ ərazisinin hücumlar üçün istifadəsinə icazə verilməsi beynəlxalq hüquqazidd hərəkət sayılır və bununla əlaqədar bütün maddi və mənəvi zərərlərə görə kompensasiya istənilib.
İrəvani məktubunda bildirib ki, fevralın 28-dən etibarən BƏƏ və bəzi qonşu ölkələrin ərazisi ABŞ və müttəfiqləri tərəfindən İrana qarşı hücumlar üçün istifadə olunub. Bu hərəkət beynəlxalq hüquqa ziddir və bundan irəli gələn məsuliyyət BƏƏ hakimiyyətinə əvvəlcədən bildirilib, Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc edilib.
visiontv.az