Ukrayna ABŞ-nin təklifini rədd etdi
11.11.2026

Ukrayna ABŞ-nin Rusiya ilə sülh danışıqlarına gedən yoldakı əngəlləri aradan qaldırmağa yönəlmiş və sərhədlərin dəyişdirilməsini nəzərdə tutan yeni təşəbbüsündən imtina edib.

Bu barədə "The Telegraph" qəzetinə danışıqlar prosesinə yaxın olan ukraynalı mənbə məlumat verib.

Qəzet yazır ki, ABŞ prezidentinin elçiləri qondarma Donetsk və Luqansk xalq respublikalarının inzibati hüdudlarının yenidən müəyyənləşdirilməsini nəzərdə tutan ərazi kompromisi variantını təqdim ediblər. Bu ssenariyə əsasən, Rusiya Donbasdakı cəbhə xətti üzərində tam nəzarət əldə edəcək, Kiyevdən isə həmin regionda hazırda onun nəzarətində olan şəhərləri güzəştə getməsi tələb olunmayacaq.

"Ukrayna heç bir halda bunu nə de-fakto, nə də de-yure qəbul edəcək. Bu, hər zaman bizim danışıqlar masasındakı qəti mövqeyimiz olub", - deyə mənbə nəşrə bildirib. Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar prosesinə noyabrın 10-da Əbu-Dabidə start verilib. Əvvəllər  ABŞ tərəfi Osloda baş tutacaq görüş çərçivəsində Donbas məsələsində güzəştlər əldə etmək üçün Ukrayna Prezidenti Volodimir Zelenskiyə təzyiq göstərmək niyyətində idi.

visiontv.az