Türkiyədəki seçkilərin Azərbaycana xeyri: "Vətən" deyib yaxasını cıranların çoxunun PKK və daşnak yanlısı olduğu ortaya çıxdı
Türkiyədəki seçkilərin Azərbaycana xeyri: "Vətən" deyib yaxasını cıranların çoxunun PKK və daşnak yanlısı olduğu ortaya çıxdı
22.05.2023 Elbəyi Həsənli Tərəfindən

“Ermənistan mayın 15-də Azərbaycanın ərazi bütövlüyünü tanımayacağı ilə bağlı bəyanat verməyə hazırlaşırdı. Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək məcburiyyəti ilə üzləşdi”. AKP-nin ağr toplarından olan Binəli Yıldırım belə deyib.

Yaxşı, Nokola Paşinyan niyə belə bəyanat verməliydi? Çünki mayın 15-də Kemal Kılıçdaroğlu Türkiyənin yeni prezident elan olunmalıydı. O, isə ermənilərə xüsusi simpatiyası ilə seçilən birisidir...

Niyə Nikol Paşinyan Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanmasını bu qədər uzatdı? O, ümid edirdi ki, Ərdoğanın gedişindən sonra qüvvələr nisbəti kəskin şəkildə Ermənistanın xeyrinə dəyişəcək. Bəli, sayın Kılıçdaroğlu prezident seçilsəydi məhz elə də olacaqdı. Yaxşı qurtardıq...

Mənim düşüncəmə görə, mayın 14-dəki seçkilər Türkiyə və Azərbaycanın, bütövlükdə Türk Dünyasının dostları ilə düşmənləri arasında gedirdi. Qərbin dəstək verdiyi PKK və Daşnaksutyun zehniyyəti ilə türk kimliyi arasındakı mübarizənin birinci turu başa çatıb. İkinci turda türk kimliyinin ciddi səs çoxluğu ilə qələbə çalacağı gözlənilir. Sayın Ərdoğanın qələbəsi rəsmiləşəndən sonra Ermənistan həm Türkiyə, həm də Azərbaycanla çox qısa zamanda anlaşacaq...

P.S Türkiyədəki seçkilərin Azərbaycana xeyri o oldu ki, "vətən" deyib yaxasını çıaranların çoxunun PKK və daşnak yanlısı olduğu ortaya çıxdı. Məlum oldu ki, onlar "uf" demədən Türkiyəni də, Azərbaycanı da türk düşmənlərinə sata bilərlər.

Elbəyi Həsənli

Visiontv.az