Türkiyə futbol millisi tarixində ilk dəfə səfərdə İslandiyanı məğlub edib
15.10.2024

Bu gün UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib.

Visiontv.az Apasport.az-a istinadən xəbər verir ki, azarkeşlər üçün günün daha bir maraqlı qarşılaşması İslandiyada baş tutub.

Belə ki, Türkiyə millisi şimallıların qonağı olub.

Qarşılaşma zamanı Türkiyə İslandiya üzərində 4:2 hesabı ilə qələbə çalıb.