Səttar xanın nəticəsi: Səttar xan türk Qacar hökumətini devirmək niyyətində deyildi
23.10.2024

Səttar xanın anadan olmasının 158-ci ildönümü mərasimi Təbrizdə Səttar xan ailəsinin bir qrup üzvü və Azərbaycan tarixi və mədəniyyətini sevənlər tərəfindən, milli və əyalət dövlət məmurlarının diqqəti və iştirakı olmadan keçirilib.

Bu mərasimdə doktor Sami Sərdar Melli Səttar xanın nəticəsi demişdir: “Səttar xan heç bir şəkildə Qacarlarla düşmənçiliyi yox idi”.

O, Türk Qacar hökumətinin süqutunun səbəblərini belə sadaladı: “İngiltərədən diktə edilən Məhəmməd Əli Foruqi kimi insanların mason qərarları və siyasətləri. Onlar Qacar hökumətini zəiflətmək və öz marionet hökumətini işə salmaq istəyirdilər. 1908-ci ildə Süleyman məscidində neft kəşfi. Rusiya və İngiltərə öz marionet hökumətlərini işə salmağa və bu neft ehtiyatlarına sahib olmağa çalışırdılar. Maliyyə böhranları, Birinci Dünya Müharibəsinin yaratdığı böhran və bölgədə aclığın baş verməsi Qacar hökumətinin zəifləməsi və süqutunun digər səbəbləri olub və Səttar xanın siyasəti ilə heç bir əlaqəsi yox idi.

Doktor Sami Sərdar Melli dedi: “O, xalq kütlələri arasından çıxdı və ailəsinin, elinin, xalqının və millətinin sevincinə, kədərinə şərik oldu

visiontv.az