Tramp Rusiyanın neft, qaz və bank sektorlarına qarşı sanksiyaları sərtləşdirir
14.03.2025

ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiyanın neft, qaz və bank sektorlarına qarşı əlavə məhdudiyyətlər tətbiq edir.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə “CBS” telekanalı mənbələrə istinadən məlumat yayıb.

“Tramp administrasiyası Rusiyanın neft, qaz və bank sektorlarına əlavə məhdudiyyətlər tətbiq edərək, Rusiyanın ABŞ-nin ödəniş sistemlərinə çıxışını daha da məhdudlaşdırır”, - məlumatda deyilir.

Qeyd olunur ki, məhdudiyyətlərin gücləndirilməsi həm də ABŞ administrasiyasının Moskvanı Rusiyanın Ukraynaya qarşı müharibəsində təklif olunan 30 günlük atəşkəslə razılaşmağa inandırmaq cəhdi ilə bağlıdır.



Gündəlik

slide 7 to 10 of 8