Ermənistanda “İran Kino Günləri” festivalı keçirilib
14.03.2025

Dünən Ermənistan Milli Kitabxanasında “İran Kino və Animasiya Günləri” festivalının açılış mərasimi keçirilib. Bu barədə İranın Ermənistandakı səfirliyinin “Telegram” kanalı xəbər verir.

Məlumata görə, mərasimdə İranın Ermənistandakı səfiri Mehdi Sübhani, İranın İrəvandakı mədəniyyət müşaviri Məhəmməd Əsədi Movəhhed, eləcə də bir sıra iranşünaslar iştirak ediblər.

Qeyd olunub ki, İran səfiri festivalda çıxış edərkən, “mədəni əməkdaşlığı Tehran və İrəvan arasında daha çox iki ölkənin xalqı və ictimai düşüncəsi ilə bağlı olan və davamlı münasibətlərin ən dərin hissəsi adlandırıb”.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8