İrandan kompensasiya ödəməlidir və bu məsələ gələcək danışıqların hamısına daxil edilməlidir.
Bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O, İran İslam Respublikasının son beş ay ərzində baş verən hərbi münaqişə zamanı dəyən ziyana görə kompensasiya tələbinə cavab olaraq İrandan da kompensasiya tələb etdiyini açıqladı.
"Bu kompensasiya, İranla əlaqəli münaqişələrdə həlak olan və ya ağır yaralananlara, eləcə də qurbanların ailələrinə ödənilməlidir",- Tramp bilirib.
ABŞ Prezidenti həmçinin son 50 ildə İranda öldürülən etirazçıların ailələri üçün kompensasiya tələb edərək, son beş ayda 52.000 nəfərin öldürüldüyünü iddia edib.
O, sonda nümayəndələrinə bütün gələcək danışıqlarda İran qarşısında kompensasiya məsələsini ciddi şəkildə qaldırmağı tapşırdığını elan edib.
visiontv.az