Təbrizin ən böyük xəstəxanalarından olan İmam Rza xəstəxanasının işçiləri etiraz aksiyası keçiriblər.
Bu barədə onlar sosial media şəbəkəsində paylaşım ediblər.
Tibb işçiləri hüquqlarının pozulmasına və 10 aydır əməkhaqlarının ödənilməməsinə görə etiraz eyləminə əl atdıqlarını deyiblər.
Qeyd edək ki, İmam Rza xəstəxanasının işçiləri martın 12-də də Təbriz Səhiyyə Mərkəzinin qarşısında oxşar eyləm keçiriblər.
visiontv.az