"The New York Times" Baydeni seçkidə iştirakdan imtinaya çağırıb
29.06.2024

“ABŞ-nin hazırkı prezidenti Co Bayden noyabrda keçiriləcək seçkidə iştirakdan imtina etməlidir”.

Bu barədə yazı  “The New York Times“  qəzetində dərc olunub.

Redaksiya heyətinin imzasının olduğu yazıda bildirilir ki,  2020-ci ilin seçkisində qələbə qazanan Baydenlə hazırda ölkəyə rəhbərlik edən şəxsin arasında ciddi fərqlər var:

“Onun hazırda ictimaiyyətə verə biləcəyi ən böyük fayda builki seçkiyə qatılmayacağı barədə bəyanatı ola bilər”, - deyə bildirilib.

visiontv.az