Ölkədə inflyasiya və iqtisadi çətinliklərin dərinləşdiyi bir vaxtda, Tehranda hər ay yeni məscid tikiləcəyi açıqlanıb. Tehran məscidlərinin təşkili üzrə məsul şəxs Məcid Qafurinin sözlərinə görə, hər ay şəhərin bir bölgəsində yeni məscidin təməlatma mərasimi keçiriləcək.
Bu qərar ölkədəki 75 min məscidin 50 mindən çoxunun fəaliyyətsiz olması fonunda suallar doğurur. Ekspertlər mövcud məscidlərin boş qalmasına baxmayaraq, yenilərinin inşasına vəsait ayrılmasını iqtisadi cəhətdən qeyri-effektiv hesab edirlər.
visiontv.az