Süni aparatda uşaq əmələ gətiriləcək - Valideynlər telefonla izləyə biləcək..
Süni aparatda uşaq əmələ gətiriləcək - Valideynlər telefonla izləyə biləcək..
07.02.2023 MEDİA Tərəfindən

Amerikada elmi mərkəzdə süni uşaqlıq orqanında körpə yetişdirmək konsepti hazırlanıb.

Amerika Birləşmiş Ştatlarının tibb alimlərinin yeni araşdırmasına əsasən həmin tibbi və elmi mərkəzdə eyni zamanda 1000 belə uşaqlıqda döl saxlanılacaq. Uşağın sifarişçiləri bioloji ata-anası olacaq.Onlar xüsusi mobil tətbiqlə istədikləri vaxt daxil olub, uşağın vəziyyətini və gedişatı izləyə biləcək. Süni uşaqlıq cihazları ilə ildə 30 min uşaq yetişdirmək mümkün olacaq.

Qurğuda 75 laboratoriya var, hər birində yerləşən 400 böyümə qabığı süni bətnləri yerləşdirə bilir. Qabıqlar ananın uşaqlığının içindəki şərtləri təkrarlamaq üçün nəzərdə tutulub. Böyümə qabıqlarında körpənin ürək döyüntüsü, qan təzyiqi, tənəffüs dərəcəsi və oksigenlə doyma kimi həyati əlamətlərini izləyə bilən sensorlar olacaq. Bu konspesiya ilə doğuş sancılarına da son qoyulacaq. Qeyd edək ki, bu konsepsiyanın hazırlanması əhalinin azalmasından əziyyət çəkən ölkələrə kömək etmək məqsədi daşıyır.

Visiontv.az